Baş xəbərDünya

Yunanıstanın baş naziri Mitsotakisin: “Qonşumuzda nə olacağını bilmirik”

Bugun.tv xəbər verir ki, Miçotakis öz ölkəsində olduğu kimi Türkiyədə də seçki prosesini yaxından izləyir.

Qeyd edək ki, Yunanıstanda xalq mayın 21-də keçiriləcək ümumi seçkilər üçün sandıq başına gedəcək. Seçki işini davam etdirən Baş nazir Kiryakos Mitsotakis mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri prosesini də yaxından izlədiyini vurğulayıb.

Yunan mətbuatı “Gr Times”ın məlumatına görə, Halkis şəhərində tərəfdarları ilə görüşüb. Burada çıxış edən Mitsotakis “Diqqətinizi çəkirəm, bir həftə sonra Türkiyədə seçki var. Qonşumuzda nə olacağını bilmirik. Hazırda yaxşı vaxt keçiririk, lakin ertəsi gün işlər yenidən çətinləşə bilər. Məsələ burasındadır: çətin ərazidə çətin qonşunu kim idarə etməlidir? Vətənimiz özünü həqiqətən güclü və təhlükəsiz hiss etməsi üçün ittifaqlar möhkəmlənməlidir. Həm bizdə həm qonşumuzda olacaq seçkilərin nəticələri əlbətdəki bütün gedişata təsirini göstərəcək. Seçim dilemması budur: biz irəliləməyə davam edəcəyik, yoxsa geriyə gedəcəyik?

O seçki vədi olaraq öz seçicilərinə mümkün mühacir axınının qarşısını almaq üçün Meriçdə tikilmiş polad hasarın uzadılmasından danışıb. “Mən istəyirəm ki, 2019-cu ildə qurulan bu böyük mütərəqqi vətənpərvərlik və yaradıcı modernləşmə hərəkatını birlikdə yenidən quraq. Ölkədəki müxalifətə baxmayaraq, bunu edəcəyik”.

Mənbə: EnSonHaber

Şərh yazın