4 C
Baku
14 Dekabr 2025, 18:52
Dünyaİdman

“Yuventus” – “Milan” yoldaşlıq görüşü heç-heçə ilə başa çatdı

"Yuventus" - "Milan" yoldaşlıq görüşü heç-heçə ilə başa çatıb

İtaliyanın iki klubunun – “Yuventus” və “Milan”ın iştirak etdiyi yoldaşlıq oyunu başa çatıb.

Bugun.tv xəbər verir ki, matç ABŞ-da, Karson şəhərindəki “Dignity Health Sports Park” stadionunda 2:2 hesabı ilə yekunlaşıb.

Bu görüşdə ilk qolu Malik Tşau vurub. O, oyunun 23-cü dəqiqəsində fərqlənib. Ona Teo Hernandes kömək etdi. On dəqiqə sonra braziliyalı müdafiəçi Danilo hesabı bərabərləşdirib. Altı dəqiqə sonra Olivye Jiru “Milan”ı yenidən hesabda önə keçirdi. 48-ci dəqiqədə Daniel Ruqani hesabı bərabərləşdirdi. Ona ötürməni Federiko Kyeza verdi. Bundan sonra yaşıl meydanda daha qol  görünmədi.

Xatırladaq ki,  “Milan” növbəti yoldaşlıq oyununu avqustun 2-də “Barselona” ilə, “Yuventus” isə “Real”la keçirəcək.

Bugün TV

Oxşar xəbərlər

Diyetoloq çay haqqında məşhur mifi dağıtdı

Aynur Camal

Ay 1 trilyon dollar dəyərində platin və digər qiymətli metalları gizlədir

Aynur Camal

BRICS-in Taylanda dəvəti: Tərəfdaş ölkə olmağa razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu