18 C
Baku
23 Oktyabr 2025, 8:16
Texnologiya

Yuyula bilən smartfonlar satışa çıxarıldı

Bugun.tv xəbər verir ki, Yaponiyanın “Sharp” şirkəti qeyri-adi “Basio Active 2” smartfonunu təqdim edib.

Şirkətin saytında verilən məlumata görə, yeni məhsul hərbi sertifikatlara uyğun buraxılıb. “Sharp Basio Active 2” 5,7 dyümlük ölçülü HD ekranla təchiz edilib. Digər xüsusiyyətlər arasında smartfon yuyula bilir, onun su və tozdan qorunma xüsusiyyətləri var.

Smartfon xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və bloklamaq üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətni daha asan oxumaq üçün kontrastı artırmaq mümkündür.

Qeyd edək ki, “Sharp Basio Active 2” yalnız Yaponiya bazarında 41,8 min yen, təxmini 600 manata satılır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Motorola Swarovski kristalları ilə flip telefon buraxacaq

Aynur Camal

Hindistan kosmik gəmisi Ayın yeni fotolarını paylaşır

Bugün TV

 Ən çox yüklənən mobil proqramlar və oyunların adı açıqlandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu