25 C
Baku
27 İyul 2024, 7:05
Texnologiya

Yuyula bilən smartfonlar satışa çıxarıldı

Bugun.tv xəbər verir ki, Yaponiyanın “Sharp” şirkəti qeyri-adi “Basio Active 2” smartfonunu təqdim edib.

Şirkətin saytında verilən məlumata görə, yeni məhsul hərbi sertifikatlara uyğun buraxılıb. “Sharp Basio Active 2” 5,7 dyümlük ölçülü HD ekranla təchiz edilib. Digər xüsusiyyətlər arasında smartfon yuyula bilir, onun su və tozdan qorunma xüsusiyyətləri var.

Smartfon xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və bloklamaq üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətni daha asan oxumaq üçün kontrastı artırmaq mümkündür.

Qeyd edək ki, “Sharp Basio Active 2” yalnız Yaponiya bazarında 41,8 min yen, təxmini 600 manata satılır.

İntizar Əmirova

Oxşar xəbərlər

Rusiya Arktika zonasında dəniz piyadalarından ibarət batalyon yaratdı

Bugün TV

Xiaomi 14 Ultra dizaynı və texniki xüsusiyyətləri açıqlandı

Aynur Camal

Azərbaycanlı ixtiraçı “TEXNOFEST”dəki qalibiyyətindən danışdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu