Bugun.tv xəbər verir ki, Yəmənin Taiz vilayətində hökumət qüvvələri ilə husilər arasında döyüşlər davam edir.
Al Jazeera-nın məlumatına görə, Yəmən hökumət qüvvələri husilərin hücumlarını dəf etdiklərini açıqlayıb. Döyüşlər strateji yüksəkliklərə nəzarət uğrunda gedir.
Hökumət qüvvələrinin açıqlamasında qarşıdurmalar zamanı çox sayda döyüşçünün öldüyü və yaralandığı bildirilib.
Taizdəki yüksəkliklər Qırmızı dəniz sahilinə və Bab əl-Məndəb boğazına yaxın ərazilərə nəzarət baxımından əhəmiyyət daşıyır.
Al Jazeera bildirir ki, Yəməndə döyüşlərin yenidən intensivləşməsi nəticəsində mülki əhali də ciddi problemlərlə üzləşir. Bölgədə yaşayış məntəqələrindən köçkün düşən insanların sayı artır.
Mənbə: Aljazeera
