14 C
Baku
21 Noyabr 2024, 18:42
Baş xəbərSiyasət

“Seçkilərdə Trampla Bayden tərəfdarları arasında ciddi toqquşmalar olacaq”

Bugun.tv-nin xəbər verdiyi kimi, Prezident Bayden növbəti həftə namizədliyini irəli sürəcək. Ancaq bu, amerikalılar tərəfindən heç də birmənalı qarşılanmayıb.

“Baydenin prezidentliyə namizədliyi ABŞ da çox ciddi müzakirələrə səbəb olub. Bütövlükdə demokratların hakimiyyəti dövrü ABŞ-ın daxilində xarici siyasəti ilə bağlı narazılıqlar daha da güclənib. Çünki Trampın dövründə Amerika xarici, yəni ənənəvi imperialist siyasətdə daha fərqli mövqe tutaraq, başqa ölkələrin siyasi qərarlarına, daxili işlərinə daha hörmətlə yanaşırdı. Baydenin dövründə isə bu hörmətli yanaşma prosesi arxa plana keçirdi və demokratlar bütövlükdə klassik imperializmi davam etdirdilər”.

Bunu politoloq Tural İsamayılov Bugun.tv-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Bayden öz prezidentliyini növbəti dəfə əldə etmək üçün Trampa qarşı qondarma hüquqi mübarizəyə başlayıb. Amerikada Tramp əleyhinə məhkəmə qərarlarının çıxarılması, eyni zamanda eks-prezidentin sıxışdırılması prosesi baş verir. “Bu isə ABŞ-ın əslində üzdə demokratiya hamisi kimi görünsə də, növbəti prezident seçkiləri öncəsində ölkədə vəziyyəti daha da sərtləşdirdiyini göstərən əsas amillərdəndir. Mən hesab edirəm ki, ABŞ da növbəti prezident seçkiləri kifayət qədər gərgin keçəcək. Trumpla Bayden tərəfdarları arasında ciddi toqquşmalar olacaq”,- politoloq əlavə edib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Şimal axını”nın partladılmasında Polşanın izi tapıldı

Aynur Camal

Qvatemalada güclü yağışlar nəticəsində 6 nəfər ölüb

Teymur Əziz

“Tərtər işi” ilə bağlı daha bir məhkəmə prosesi başlayacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu