Baş xəbərDünya

Zəlzələdən tək bir zərər görməyən qəsəbə

Bugun.tv xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərdə bir binanın da dağılmadığı 13 min əhalisi olan, şəhər mərkəzindən 56 kilometr aralıda yerləşən Osmaniyenin Sumbas qəsəbəsi olduğu bildirilib.

“Şükürlər olsun ki, zəlzələ zamanı dağıntı və ya neqativ hal olmadı. Ekologiya, Şəhərsalma və İqlim Nazirliyimizin yoxlamaları zamanı, bəzi köhnə tikililər üçün sökülmə qərarı verildi. Biz də onların sökülməsinə başladıq. Nazirliyimizin keçdiyi yol çərçivəsində nə lazımdırsa, o da ediləcək”- Sumbas bələdiyyə başçısı Zeki Dəmiroğlu Anadolu Agentliyinə (AA) bildirib.

Dəmiroğlu rayonda hündürmərtəbəli binaların sayının çox az olduğunu, ən hündürünün 4 mərtəbəli olduğunu bildirib: “Zəmin olaraq rayonumuz möhkəmdir. Digər bölgələrdə zəlzələdən zərər çəkən vətəndaşlarımız bura köçüblər. Onlarla birgə əhalimiz ikiqat artıb. Vətəndaşlarımızı burada qonaq etməkdən şərəf duyuruq. Ümid edirəm ki, bu bəladan birlik və həmrəylik içində çıxacağıq”.

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu