Image default
Digər

“YUĞ” Teatrının baş rejissoru Qazaxıstandan təklif alıb.

Bugun.tv xəbər verir ki, “YUĞ” Teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşa hazırlamaq üçün Qazaxıstana dəvət olunub. Rejissor Qazaxıstanın iki teatrında tamaşa hazırlayacaq. O, əvvəlcə Qazaxıstanın Karaqanda şəhərində K.Stanislavski adına Rus Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesini səhnəyə qoyacaq. Tamaşanın premyerası aprel ayında olacaq.

   Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və elə bununla da macəraları başlayır.

   Azərbaycanlı rejissorun növbəti quruluşu Astanada yerləşən K.Kuanışbayev adına Qazaxıstan Dövlət Akademik Musiqili Dram Teatrında baş tutacaq. M.Mikayılov burada F.Zellerin “Ata” pyesi əsasında tamaşa hazırlayacaq. Tamaşanın premyerası iyun ayına nəzərdə tutulub.

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu