Image default
Dünya

Z nəsli küçələrə çıxdı! Onların yalnız iki tələbi var

Mexiko şəhərində keçirilən hərbi paradda minlərlə insan hökumətin təhlükəsizlik siyasətinə etiraz etmək üçün toplaşıb.

Meksika İnqilabının ildönümünü qeyd edən hərbi paradla eyni vaxtda keçirilən nümayiş şəhərin ən tanınan yerlərindən biri olan Müstəqillik Abidəsinin yanında toplaşaraq mərasimin keçirildiyi Zokalo Meydanına doğru yürüş edib.

Etirazçılar prezident Klaudiya Şeynbaum administrasiyasından hesabatlılıq və ədalət tələb ediblər.

Təhlükəsizlik qüvvələri əllərində zəncir və dəyənək daşıyan maskalı şəxsləri saxlayıb və parad davam edərkən etirazçıların əsas meydana girməsinin qarşısını alıb.

Meksikanın Mexiko şəhərində keçirilən etiraz aksiyası zamanı toqquşmalar baş verib. 100 polis əməkdaşı da daxil olmaqla 120 nəfər yaralanıb, 30 a yaxın nəfər isə saxlanılıb.

Prezident Klaudiya Şeynbaum “Z Nəsli” etirazlarının arxasında müxalifətin dayandığını iddia edib və hərəkatı siyasi motivli adlandırıb.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu