11 C
Baku
20 Aprel 2025, 10:35
Dünyaİdman

“Zadəgənlar”ın yeni oyunçusu tarixin ən bahalı transferlərindən biri ola bilər

Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Enzo Fernandes İngiltərənin “Çelsi” klubuna keçir.

Jurnalist Canluka Di Marzionun sözlərinə görə, London klubu argentinalı üçün 127 milyon avro ödəyəcək.

21 yaşlı futbolçunun transfer məbləği hər birində 40 milyon avro olmaqla üç dəfəyə ödənəcək. Müqavilənin tamamlanması üçün son detallar qalıb.

Transfer baş tutsa, bu, tarixin ən bahalı 10 keçidindən biri olacaq. Tarixdə cəmi beş futbolçu üçün 127 milyon avrodan çox pul ödənilib.

Tarixin ən bahalı 10 transferi (Fernandesin “Çelsi”yə potensial transferi də daxil olmaqla):

  1. Neymar – 222 milyon avro, 2017/18 mövsümündə “Barselona”dan PSJ-yə
  2. Kilian Mbappe – 180 milyon avro, 2018/19  mövsümündə “Monako”dan PSJ-yə
  3. Usman Dembele – 140 milyon avro, 2017/18 mövsümündə “Dortmund”dan “Barselona”ya
  4. Filipp Koutinyo – 135 milyon avro, 2017/18 mövsümündə “Liverpul”dan “Barselona”ya
  5. Joao Feliks – 127,2 milyon avro, 2019/20 mövsümündə “Benfika”dan “Atletiko”ya
  6. Enzo Fernandes – 127 milyon avro, 2022/23 mövsümündə “Benfika”dan “Çelsi”yə
  7. Antuan Qrizmann – 120 milyon avro, 2019/20 mövsümündə “Atletiko”dan “Barselona”ya
  8. Cek Qriliş – 117,5 milyon avro, 2021/22 mövsümündə “Aston Villa”dan “Mançester Siti”yə
  9. Kriştianu Ronaldu – 117 milyon avro, 2018/19 mövsümündə “Real Madrid”dən “Yuventus”a
  10. Eden Azar -115 milyon avro, 2019/20 mövsümündə “Çelsi”dən “Real”a.

Mənbə: Sports.ru

Nigar Məmmədova

Oxşar xəbərlər

HƏMAS-dan atəşkəs bəyanatı: Hələlik müsbət siqnallar yoxdur!

Aynur Camal

Qəzzada dəri xəstəliklərinin artması

Aynur Camal

Terror təşkilatının motosikletlə hücumu: 10 nəfər ölüb, 160 nəfər qaçırılıb

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu