25 C
Baku
27 İyul 2024, 5:01
HadisəKriminal

Zaqatalada sürücülük hüququ olmayan şəxs 2 nəfər azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətdib

Bugun.tv xəbər verir ki, sakin, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan maşın idrə edib. “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olub. Sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib. İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Sivasda sərnişin avtobusu yandı

Bugün TV

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Hesabı ödəyən şəxsi izləyərək onun 8500 manatını əlindən alan şəxslər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu