Bugun.tv xəbər verir ki, Kayseridə leysan səbəbiylə istinad divarının uçması nəticəsində 4 avtomobilə ziyan dəyib. Şəhərin mərkəzində yağan yağış səbəbindən küçələrdə gölməçələr əmələ gəlib, bəzi evlərin bağçalarını və zirzəmilərini su basıb.
Kayseri Mütəşəkkil Sənaye Bölgəsindəki fabrikin istinad divarı leysan yağışın təsiri ilə uçub. Divarın altında 3 minik avtomobili və bir pikap qalıb.
Güclü yağışdan sonra nəqliyyatın hərəkətində məhduddiyyət müşahidə olunub, piyadalar və sürücülər çətin anlar yaşayıb.
Mənbə:TRT Haber
.