Siyasət

Zaxarova : “İsveçrə artıq Ukrayna və Rusiya arasında vasitəçi ölkə deyil”

“Qərbin qeyri-qanuni birtərəfli anti-Rusiya sanksiyalarına qoşulan İsveçrə  artıq neytral dövlət deyil. Ukrayna böhranının həlli kontekstində, o cümlədən onun yerinin təmin edilməsində heç bir vasitəçi roluna iddia edə bilməz”.

Bugun.tv  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  deyib.

Xatırladaq ki, İqnazio Kassis daha əvvəl bildirmişdi ki, İsveçrə istənilən vaxt Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etmək üçün  tərəflər arasında görüş təşkil etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyi İsveçrə rəsmisinin bəyanatları ilə bağlı medianın sualına cavab verib.
Zaxarovanın da bildirdiyi kimi,  Zelenski qanunvericiliklə Rusiya ilə danışıqları qadağan edib.

Kassis daha əvvəl Cenevrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqların aparıldığını da vurğulayıb. O, bildirib ki, şəhər danışıqlara maksimum ehtiyatlılıq şəraitində ev sahibliyi edir. Baxmayaraq ki, danışıqlar hazırda ən yüksək səviyyədə deyil. İsveçrə rəsmisi başqa təfərrüatları açıqlamayıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

İlham Əliyev Baydeni təbrik edib

Bugün TV

Fələstin: İsrail Qəzzada xalqımıza qarşı soyqırım törədir

Bugün TV

CIA rəhbərinin Həmas ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi üçün danışıqlar aparacağı iddia edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu