10 C
Baku
16 Aprel 2026, 10:54
Digər

Zelenski Avropa liderlərinin Trampla videokonfrans formatında görüşündə iştirak edəcək

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa liderləri 2021-ci ildən bəri ilk ABŞ-Rusiya zirvə görüşündə Kiyevin maraqlarını qorumağa çalışırlar. Keçən həftə Kiyev və Avropa ölkələri ABŞ Prezidenti və rəsmilərinin hər hansı bir razılaşmanın “müəyyən ərazilərin dəyişdirilməsini” ehtiva edəcəyi ilə bağlı bəyanatları fonunda narahatlıq ifadə etmişdilər. Zelenski ikitərəfli danışıqlarda iştirakdan əvvəl Almaniya Kansleri Fridrix Mertslə görüşüb. Onlar bu gün axşam saatlarında Finlandiya, Fransa, Britaniya, İtaliya, Polşa və Avropa İttifaqı liderləri ilə bilikdə Donald Tramp ilə videokonfransda iştirak edəcəklər. Danışıqlara NATO-nun Baş katibi Mark Rütte də qatılacaq.

Donald Tramp “Truth Social” şəbəkəsində yazıb: “Qısa müddətdən sonra Avropa Liderləri ilə danışacağıq. Onlar sövdələşmənin bitdiyini görmək istəyən böyük insanlardır”.

Bugün TV

Oxşar xəbərlər

Dubayın simvolu “Burj Al Arab” 18 ay bağlanır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiya xaricdə hərbi müdaxilə imkanlarını genişləndirir

Aynur Camal

Qəzzalı ata 3 ildir dağıntılar altında qalan övladlarının izini axtarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu