DünyaSiyasət

Zelenski danışıqlar aparmaq üçün Olaf Şolzun ofisində oldu

Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Almaniya kansleri Olaf Şolzun ofisinə gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

Ukrayna prezidentinə hərbi mükafatlar verilib.

Zelenski və Şolzun danışıqlardan sonra mətbuata açıqlama verəcəyi gözlənilir. Qeyd edək ki, Ukrayna prezidenti ötən gün almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə də görüşüb.

Zelenskinin səfəri ilə əlaqədar Berlində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Onun 2023-cü il Böyük Karl Mükafatını bu gün Almaniyanın qərbindəki Axen şəhərində alacağı gözlənilir.

Almaniya Nazirlər Kabineti  bildirib ki, ölkə Ukraynaya növbəti bir neçə ay ərzində 2,7 milyard avro dəyərində silah göndərəcək.

Bugün TV

Oxşar xəbərlər

Moda hədəfləri: Dünya Kubokunun stil turniri artıq başlayıb

Aynur Camal

Zelenski Putinə birbaşa danışıqlar təklif etdi

Aynur Camal

BMT xəbərdarlıq etdi: Asiyada güclü El-Nino təhlükəsi yaxınlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu