27 C
Baku
28 İyun 2025, 10:49
DünyaSiyasət

Zelenski Kanadadan “Leopard 2” tankları almağı planlaşdırır

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın Baş naziri Castin Trüdodan Kiyevə “Leopard 2” tankları istəməyi planlaşdırır.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, tankların verilməsi üçün Almaniya ilə texnikanın təkrar ixrac edilməsi məsələsi həll edilməlidir və zirehli texnikanın ötürülməsində ilk addımı Almaniya atmalıdır, çünki onlar texnologiyanın sahibidirlər.

Podolyak həmçinin ümid etdiyini bildirib ki, Almaniya kansleri Olaf Şolts tezliklə tankların tədarükü üçün lazımi icazəni verəcək.

Məlumatda o da əlavə olunub ki, Polşa və Finlandiya artıq Ukraynaya bir sıra belə tanklar göndərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2007-ci ildə Kanada Almaniyadan 82 ədəd “Leopard 2” tankı alıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İranda matəm elan olundu 

Aynur Camal

“Tarixi əhəmiyyətli hadisələrə şahidlik edirik”

Bugün TV

Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu