25 C
Baku
25 Sentyabr 2026, 15:44
Mədəniyyət

Zelenski “Netflix”in serialında rol aldı

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Netflix” yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” (“Sınma anı: bomba və soyuq müharibə”) adlı yeni doqquz seriyalı ekran işində rol alıb. Serialın treyleri artıq “YouTube”da yayımlanıb.

Sənədli serial soyuq müharibənin ilkin şərtlərindən, nüvə bombasının yaradılmasından, Sovet İttifaqının dağılmasından və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından bəhs edir. Zelenskini layihənin treylerində görmək olar. Videonun üz qabığı kimi də Zelenskinin kadrlarından istifadə edilib.

Bundan əlavə, serialda NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays çəkilib.

Filmin rejissoru Brayan Kippenberqer Rusiya-Ukrayna münaqişəsini soyuq müharibənin nəticələrindən biri hesab etdiyini bildirib.

Qeyd edək ki, serialın premyerası martın 12-də baş tutacaq.

Mənbə oxu.az

Kəmalə Sultan

Oxşar xəbərlər

“Leyli və Məcnun” Akademik Musiqili Teatrda – yeni quruluşda 30-cu nümayiş

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu