Dünya

Zelenski: Rusiya hücumları diplomatiyaya inamı sarsıdır

Müharibə, silahlar

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun son hücumları ilə bağlı açıqlama verib. O bildirib ki, hücumlar nəticəsində mülki şəxslərin həlak olması Ukraynada diplomatik prosesə inamı zəiflədir. Zelenski qeyd edib ki, insanlar sülhün danışıqlar yolu ilə əldə olunacağına daha az inanmağa başlayır.

Prezidentin sözlərinə görə, Rusiyanın davamlı bombardmanları Ukrayna cəmiyyətində ciddi narahatlıq yaradır. O vurğulayıb ki, bu cür hücumlar beynəlxalq hüququ pozur və humanitar vəziyyəti daha da ağırlaşdırır. Zelenski həmçinin bildirib ki, Ukrayna tərəfi sülh istəyir, lakin ölkə təhlükəsizliyindən geri çəkilməyəcək.

Açıqlamada NATO və ABŞ-la əməkdaşlığın davam edəcəyi qeyd olunub. Zelenski Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılmasının vacib olduğunu bildirib. O əlavə edib ki, beynəlxalq tərəfdaşların dəstəyi Ukraynanın müdafiəsi üçün əsas amildir.

Ukrayna rəsmiləri yaxın günlərdə yeni diplomatik təmasların mümkünlüyünü istisna etmirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

ABŞ və İranın Qətərdə yeni danışıqlara başlayacağı bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu