Dünya

Zelenski Rusiyanı sülhə məcbur etmək üçün 40 günlük əməliyyata icazə verdi

Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə 40 günlük xüsusi əməliyyat planını təsdiqlədiyini açıqlayıb.

Zelenski paytaxt Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri Yevgeni Xmara ilə görüş keçirdiyini bildirərək, görüş zamanı qurumun Rusiyaya qarşı orta və uzaqmənzilli əməliyyatlarının müzakirə olunduğunu qeyd edib.

Prezident son aylarda müxtəlif növ pilotsuz uçuş aparatlarının tətbiqi sayəsində cəbhə xəttində mövqelərin qorunmasında Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək nəticələr göstərdiyini vurğulayıb.

Bu çərçivədə Rusiyaya qarşı yeni hücumların mümkünlüyünə işarə edən Zelenski, “Təcavüzkar dövləti müharibəni dayandırmağa məcbur etmək məqsədilə 40 günlük təsir əməliyyatını təsdiqlədim” ifadəsini işlədib.

Məlumata görə, Ukrayna son aylarda Rusiyanın nəzarətində olan ərazilərə, eləcə də Rusiya daxilində yerləşən hədəflərə orta və uzaqmənzilli zərbələr endirir. Bu hücumların əsasən Rusiyanın neft sənayesi obyektlərini hədəf aldığı bildirilir.

Ekspertlərin fikrincə, Moskvanın əsas gəlir mənbələrindən biri olan enerji sektoruna yönələn hücumlar Kremlin müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməyə hesablanıb. Ukraynanın öz istehsalı olan uzaqmənzilli pilotsuz aparatlarının əvvəllər əlçatmaz hesab edilən bölgələrə çatması isə Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün əlavə çətinliklər yaradır.

Qeyd edək ki, Rusiya tərəfi hələlik Zelenskinin açıqlaması ilə bağlı rəsmi mövqe bildirməyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: İqlim dəyişikliyi olmasaydı, Avropadakı rekord istilər demək olar ki, mümkün olmazdı

Aynur Camal

Zaxarova: Qərbi Avropa Ukraynada sülhün bərqərar olmasına ən böyük maneədir

Aynur Camal

Evini bəzəyən vaza sərvət çıxdı: Dəyərini öyrənəndə görün nə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu