Digər

“Zelenski Trampın “ərazi güzəşti” çağırışına sərt reaksiya verdi”

“Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın prezidenti Donald Trampın Kiyevi Rusiya qarşısında “ərazi güzəştinə” getməyə çağıran fikirlərinə cavab verib”.

Bu barədə politoloq və jurnalist Qulu Məhərrəmli öz sosial media hesabında səhifəsində şərh paylaşıb.

Qulu Məhərrəmlinin yazdığına görə, Zelenski Trampa izah edib ki, Ukraynanın nə Konstitusiyası, nə beynəlxalq hüquq normaları, nə də tarixi-əxlaqi prinsipləri öz suveren ərazilərindən imtina etməyə imkan vermir. Prezidentin mövqeyi Ukraynanın ərazi bütövlüyünü danışıqlar mövzusu etməyəcəyini bir daha ortaya qoyur.

Hazırda cəbhə xəttində vəziyyət son dərəcə gərgin olaraq qalır. Rusiya hərbi üstünlüyü artıraraq daha çox ərazi ələ keçirməyə çalışır, Ukrayna isə eyni vaxtda Avropa ölkələri ilə diplomatik münasibətləri gücləndirərək “diplomatiya cəbhəsi”ni genişləndirir. Analitiklər bildirirlər ki, yaxın həftələrdə həm siyasi, həm də hərbi dinamikanın daha da kəskinləşəcəyi gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu