12 C
Baku
25 Aprel 2025, 7:03
Baş xəbərSiyasət

Zelenski və Bayden Yaponiyada G7 sammitində görüşdülər

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden Yaponiyada keçirilən G7 Sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş keçirib.

Prezident Bayden bu görüşdə Ukraynaya sursat və zirehli texnika verəcəklərini bəyan edib. 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayan Bayden həmçinin Ukraynanın arxasında olduğunu, heç yerə getmədiklərini deyib.

Zelenski isə Twitter hesabında G7 Sammiti çərçivəsində Baydenlə görüşdüyünü və ABŞ-ın Ukraynaya etdiyi 37 milyard dollarlıq maliyyə yardımı və 375 milyon dollarlıq hərbi yardıma görə Baydenə təşəkkürünü bildirib. “Biz heç vaxt unutmayacaq”, – ifadəsini işlədib.

ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasını dəstəkləmək qərarını vurğulayan Zelenski ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün gələcək əməkdaşlığı, Ukrayna Sülh Formulasının həyata keçirilməsini, Ukraynanın yenidən qurulması və təkmilləşdirilməsi layihələrini müzakirə etdiklərini bildirib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Niyə Apple tədbirlərində göstərilən telefonlar həmişə 09.41-ə təyin olunur?

Aynur Camal

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanıldı 

Kəmalə Sultan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu