Baş xəbərDünya

Zelenski: Yüzlərlə Çin vətəndaşı Rusiya ordusunda Ukraynaya qarşı döyüşür

Ukrayna prezidenti Vladimir Zelenski yüzlərlə Çin vətəndaşının Rusiya ordusunda ölkəsinə qarşı döyüşdüyü barədə məlumatlara malik olduqlarını bildirib.

Zelenski NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən “Ukrayna Müdafiə Əlaqə Qrupunun (Ramşteyn) 27-ci iclası”nın iştirakçılarına videokonfrans vasitəsilə müraciət edib.

Prezident Zelenski qeyd edib ki, o, aprelin 4-də Rusiya ordusunun ballistik raket hücumu həyata keçirdiyi Kriviy Riq şəhərinə səfəri zamanı konfransa mesaj göndərib.

Rusiyanın ballistik raketlərlə ölkəsinə hücumlarını davam etdirdiyini deyən Zelenski, daha təsirli hava hücumundan müdafiə imkanlarına ehtiyac duyduqlarını söyləyib.

Patriot hava hücumundan müdafiə sistemlərinin xüsusilə zəruri olduğunu dilə gətirən Zelenski, “10 Patriot sisteminə ehtiyacımız var. Azad dünyada bunlar var” deyib.

Yüzlərlə çinli Ukraynaya qarşı döyüşür

Rusiyanın indi Çin vətəndaşlarını ordusuna qatmağa başladığını qeyd edən Zelenski, “İndi bizdə ən azı yüzlərlə Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində vuruşduğuna dair məlumat var. Bu, Rusiyanın açıq-aşkar müharibəni davam etdirməyə çalışdığı anlamına gəlir. Hətta Çinin həyatı bahasına olsa belə” deyib.

Müttəfiqlərini Rusiyaya təzyiqi artırmağa çağıran Zelenski, həmçinin bildirib ki, Avropanın müdafiə sənayesinə daha çox investisiya qoyulmalıdır.

Zelenski həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində xarici hərbçilərin sülhməramlı kimi ölkələrinə göndərilməsi ilə bağlı tərəfdaş ölkələrlə işləməyə davam etdiklərini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Motosikletlə avtomobilin toqquşması nəticəsində 2 polis yaralandı

İntizar Əmirova

“Fransa hər zaman ermənilərdən öz məqsədləri üçün istifadə edib” – VİDEO

Aynur Camal

“Hər hansı bir hərəkət heç olmamasından daha yaxşıdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu