Ukrayna Prezidenti Vladimir Zelenskiy bu gün Dünya İqtisadi Forumunda çıxış edərək bildirdi ki, Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin 23–24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) paytaxtı Əbu-Dabidə çoxtərəfli görüşü keçiriləcək.
Bu görüş ilk belə formatda təşkil olunacaq və tərəflər müharibə və sülh məsələlərini müzakirə edəcəklər. Zelenskiy bu toplantının “çox vacib diplomatik addım” olacağını vurğulayıb və həmçinin qeyd edib ki, danışıqlar texniki səviyyədə keçəcək, lakin sülhə doğru böyük addım ola bilər.
Mənbə: RTVI
