DünyaMaraqlı faktlar

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Yaponiya ilə Çin arasında Tayvan məsələsi fonunda siyasi gərginlik davam edərkən, Tokioda ölkənin son iki pandası ilə vidalaşmaq üçün minlərlə insan Ueno Zooparkına üz tutub.

Kyodo agentliyinin məlumatına görə, 2021-ci ildə Ueno Zooparkında doğulan “Xiao Xiao” və onun əkiz bacısı “Lei Lei” yanvarın 28-də Çində yerləşən yeni yaşayış məkanına çatdırılmaq üçün sabah Yaponiyadan yola salınacaq.

Pandaların ictimaiyyət üçün son açıq ziyarət günü böyük maraqla qarşılanıb. Tokio Metropol Hökuməti bildirib ki, zooparkın həmin gün üçün ayırdığı 4 min 400 nəfərlik rezervasiya limiti onlayn müraciətlərdə 24,6 dəfə üstələnib. Bu da pandaların Yaponiyada necə böyük sevgi simvoluna çevrildiyini bir daha göstərib.

Pandaların geri qaytarılması ilə Yaponiya yarım əsrdən çox müddətdən sonra ilk dəfə pandasız qalacaq. Çin 1972-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasının rəmzi olaraq Yaponiyaya panda hədiyyə etmişdi. Yeni pandaların göndərilməsi ilə bağlı gözləntilər isə Tokio-Pekin münasibətlərindəki son gərginlik səbəbilə qeyri-müəyyən olaraq qalır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Hobbitlər” Komodo varanlarının ovundan qalan ətlə qidalanmış ola bilər

Aynur Camal

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu