19 C
Baku
8 Sentyabr 2024, 3:34
Baş xəbərHadisə

Zibil qabının yanında yeni doğulmuş körpə tapıldı

Bugun.tv xəbər verir ki, Kastamonuda zibil qabının yanında zibil torbasında yeni doğulmuş oğlan uşağı tapılıb. Müalicə altına alınan körpənin həyati təhlükəsinin davam etdiyi öyrənildi.
TRT Haber-in məlumatına görə, Kuzeykent rayonu, Karadut küçəsində vətəndaşlar zibil qabının yanından gələn səsi eşidib. Konteynerin yanındakı zibil torbasında körpənin olduğunu görənlər 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağ olduğu müəyyən edilən körpə təcili yardımla Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Xəstəxananın uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi dos. Dr. Eren Yıldız bildirib ki, körpə sağlamlıq qrupları tərəfindən təcili xidmətə gətirilib. Körpənin doğum vaxtını dəqiq təxmin edə bilmədiklərini ifadə edən Yıldız, “Ancaq onun bizə gətirilməsindən çox keçmədiyini düşünürük. Bu gün də ola bilmə ehtimalı yüksəkdir. Körpəyə doğumunu verdikdən sonra İlkin tibbi yardım göstərilib, onu yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirdik. Ümumi vəziyyəti orta ağırdır. Həyatı hələ də təhlükə altındadır”. Polis, körpəni tərk edən şübhəli və ya şübhəlilərin tutulması üçün araşdırma başlatdı.

İntizar Əmirova

Oxşar xəbərlər

10 terrorçu zərərsizləşdirildi

Kəmalə Sultan

Evdə partlayış oldu: 1 yaralı var

Bugün TV

Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Krallığına yola düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu