Baş xəbərHadisə

18 avtomobil zəncirvari qəzaya düşdü

Bugun.tv xəbər verir ki, Anadolu magistralının Kocaeli keçidində 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 4 nəfər yaralanıb.
TRT Haber-in məlumatına görə, Magistral yolun İstanbul istiqamətində, Kapantəpə viyadükü ərazisində 18 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Xəbər üzərinə qəza yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Qəzada yaralanan 4 nəfər təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb. Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib. Qəza səbəbindən nəqliyyatın hərəkətinə bağlanan magistralın İstanbul istiqaməti nəqliyyat vasitələrinin çıxarıldıqdan sonra normala qayıdıb. Qəzadan sonra şosedə təxminən 7 kilometrlik avtomobil növbəsi yaranıb.

Bugün TV

Oxşar xəbərlər

Suriyada yanacaq bahalaşmasına qarşı etirazlar başladı

Aynur Camal

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavinini qəbul edib – FOTO

Aynur Camal

Ukraynada qatara zərbə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu