Bugun.tv xəbər verir ki, COVID-19 epidemiyası zamanı populyarlaşan onlayn video konfrans tətbiqi Zoom, şirkətin istənilən ofisindən 80 kilometr məsafədə yaşayan işçilərinin həftədə ən azı 2 gün ofisdə işləməli olduğunu açıqlayıb.
Məlumatı BBC agentliyi yayıb. Zoom hibrid iş modelinin işçilər üçün ən effektiv iş üsulu olduğu və yeni sistemin avqust və sentyabr aylarından etibarən mərhələli şəkildə tətbiq olunacağını bildirib.
Yeni sistemin şirkəti daha yaxşı vəziyyətə gətirəcəyi və işçilərin iş imkanlarını artırmaq üçün dəstək verməyə davam edəcəyi vurğulanıb.
Wall Street Journal-ın 2022-ci ildə açıqladığı məlumatlarda şirkət işçilərinin 75 faizinin uzaqdan, 24 faizinin hibrid üsulla işlədiyi, yalnız 1 faizinin isə normal iş sistemini tətbiq etdiyi göstərilir.