6 C
Baku
29 Yanvar 2026, 7:05
Baş xəbərDigər

Zəfər paradı Xankəndidə olacaq – Hazırlıq gedir!

Bugun.tv xəbər verir ki, Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini – Zəfər Gününü qeyd edəcək.

“Qafqazinfo” “Musavat.com”a istinadən bildirir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir. Qeyd edək ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.

Bugün TV

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Politoloq: “Azərbaycan əleyhinə kampaniyalarda türk xalqlarından istifadə olunur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu