Image default
Baş xəbər

Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?-ŞƏRH

“Qardaş Türkiyədə baş verən zəlzələnin nəticələrini hər birimiz ürək ağrısı ilə izləyirik. Hamı öz imkanları çərçivəsində bu günlər qardaş Türkiyəyə dəstək olmağa çalışır. Bütün bunlar ilə yanaşı, zəlzələnin Türkiyə iqtisadiyyatına da neqativ təsir göstərəcəyi gözlənilir. İlkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələri aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər.

13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözlənitlər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı”.

Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov öz “facebook” hesabında qeyd edib.

“Gözlənilir ki, Türkiyə zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyi gözlənilir.Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin ərazilərin yenidən qurub və bərpa etmək gücünə malikdir”,- deyə deputat qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Ərdoğan NATO liderlərinə xatirə hədiyyəsi olaraq revolver təqdim etdi

Aynur Camal

İlham Əliyev Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktarı qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu