14 C
Baku
22 Noyabr 2024, 5:10
Digər

Zəlzələdən zərərçəkənlərə psixoloji yardım göstərilir

“Hatay bölgəsində keçən həftədən etibarən 4.6 ballıq zəlzələ baş verdi. Təəsüf ki, 6 vətəndaş vəfat etdi, 294 nəfər yaralandı. Bu səbəbdən biz də “Azaflı” Sosial Yardım dərnəyi olaraq orada təkrar fəaliyyətə başlamaq qərarına gəldik. Bu sözləri dərnəyin xilasetmə qrupunun üzvü Figen Kıyaklı Bugun.tv-yə bildirib. O, qeyd edib ki, uşaqlar qorxu və panikaya görə çox təsirləniblər. Bu səbəbdən hələ də yardımlar davam edir. “Onlara psixoloji dəstək göstərilir. Zəlzələdən 3 həftə keçib, ancaq hələ də insanların üzərində böyük təsiri var və uzun muddət davam edəcək kimi görünür. Bölgə hələ də hərəkətli olduğundan insanlar yenə zəlzələ baş verəcəyindən narahatdırlar. Bu səbəbdən insanlar yerlərini dəyişməyə başladılar. Məcburən orda qalanlara isə yardım göstərilir. Bizdə əlmizdən gəldiyi qədər bu fəaliyyətləri davam etdirməyə çalışırıq”- deyə Figen Kıyaklı bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

10 min avro bağ evindən oğurlandı

Könül Kərimova

Körpələr üçün COVID təhlükəsi aşkar edildi

İntizar Əmirova

Pendir alarkən nələrə diqqət etməliyik? -MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu