19 C
Baku
28 İyun 2025, 8:21
Siyasət

Zəngəzur dəhlizi Azərbaycana Avrasiyada logistika qovşağına çevrilməyə imkan verəcək

“Zəngəzur dəhlizi Azərbaycana Avrasiyada logistika mərkəzinə çevrilməyə imkan verəcək”.-  bunu Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasında                    xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan münaqişədən sonrakı dövrdə öz prioritetlərini dəqiq müəyyən edib.

“Azərbaycanın prioritetlərinə yenidənqurma, əməkdaşlıq və davamlı sülh daxildir. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni etməyə davam edir, ölkənin Avrasiyada logistika mərkəzinə çevrilməsinə imkan verəcək”.

Məmməd-Quliyev, həmçinin Azərbaycan ilə Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. “Biz Rumıniya vasitəsilə Aİ ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik”, – o əlavə edib/

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

İsrailli diplomat: “Rəsmi Təl-Əviv istənilən yolla öz vətəndaşlarını qorumağa çalışacaq”

Bugün TV

Tokayev Aleksey Borodavkin ilə görüşdü

Nigar Məmmədova

ABŞ Ukraynaya yeni yardım paketi ayırır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu