Siyasət

Zəngəzur dəhlizi Azərbaycana Avrasiyada logistika qovşağına çevrilməyə imkan verəcək

“Zəngəzur dəhlizi Azərbaycana Avrasiyada logistika mərkəzinə çevrilməyə imkan verəcək”.-  bunu Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasında                    xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan münaqişədən sonrakı dövrdə öz prioritetlərini dəqiq müəyyən edib.

“Azərbaycanın prioritetlərinə yenidənqurma, əməkdaşlıq və davamlı sülh daxildir. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni etməyə davam edir, ölkənin Avrasiyada logistika mərkəzinə çevrilməsinə imkan verəcək”.

Məmməd-Quliyev, həmçinin Azərbaycan ilə Rumıniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. “Biz Rumıniya vasitəsilə Aİ ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik”, – o əlavə edib/

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi

Aynur Camal

CNN: ABŞ və İran razılaşmasından bir həftə sonra tərəflərin əsas qazancı nədir?

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu