17 C
Baku
10 İyun 2025, 6:08
Sosial

“Əlil Qadınlar Cəmiyyəti” maarifləndirici seminar təşkil edib

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə, Quba, Qusar və Xaçmaz zonalarında əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının təkminləşdirilməsi” layihəsi üzrə seminar keçirilib.

Bu barədə cəmiyyətin sədri Məhluqə Rəhimova televiziyamıza müsahibə verib. “Bu gün yenə əlilliyi olan qız və qadınlarımızla yanaşı, digər sahələrdən olan vətəndaşlara da seminar keçirik. Bu, BMT yanında Etimat fondunun maliyə dəstəyi ilə “Bakı, Gəncə, Quba, Qusar və Xaçmaz zonalarında əlilliyi olan qadın və qızların ictimaiyyətə, dövlət xidmətlərinə çıxışının təkminləşdirilməsi” layihəsidir. Bu gün biz bir qəribəlik yaratdıq. Tədbirə əlil qadınları, həmçinin, Azərbaycan və  İncəsənət Universitetlərinin sosial sahə üzrə kafedrasının tələbələrini çağırdıq. Çünki onlar cəmiyyətə hazırlanırlar. Sosial sahədə necə işləmək, necə davranmaq, yanında olan dostlarına necə kömək etmək, əlilliyi olan qız və qadınları gördükdə onlarla necə ünsiyyət yaratmaq lazımdır, problemləri necə öyrənmək və yaxud da bu sahədə maraqlandıqları hər hansısa bir layihəni necə gerçəkləşdirmək izah olunur. Məqsədimiz həmin gəncləri inkişaf etdirməkdi”, – tədbirin təşkilatçısı bildirib.“Əlil Qadınlar Cəmiyyəti”nin inkşafından da danışan M.Rəhimovanın sözlərinə görə, artıq onlardan iki nəfəri “Əlillər Təşkilatları İttifaqı”nda təlimlər keçir. Alternativ hesabatlar hazırlanmasında yaxından iştirak edir. Digər bir xanımımız isə orta məktəbdən erkən ayrılıb. O bu gün məşğulluq sahəsində özünü təsdiq etmək, sınamaq istəyir. Bir qızımız da artıq ona evdə dərs keçir. Baxın bütün bunlar yeniliklərdir, atılan addımlardır. Bu keçiridiyimiz layihələrin uğurlu nəticələridir”, – cəmiyyətin sədri vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Parklanmadan daxil olan vəsait hara yığılır?

Bugün TV

“Xarici investisiya üçün ölkə daxilində əlverişli mühit var”

Aynur Camal

TikToka daha bir zərbə

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu