6 C
Baku
29 Yanvar 2026, 7:07
Baş xəbərHadisə

Əməkdar jurnalist Telli Pənahqızının hesabı oğurlandı

Tanınmış televiziyaçı, Əməkdar jurnalist Telli Pənahqızının facebook hesabı oğurlanıb.

Bu barədə Bugun.tv-yə o özü məlumat verib. T.Pənahqızının sözlərinə görə, hesabı oğurlandıqdan sonra onun messenger bölümündən dostlarına müxtəlif məzmunlu mesajlar göndərilib.

Belə sms-lərdən biri də Əməkdar jurnalist Elnarə Dərziyevaya gəlib. O, bildirib ki, həmin şəxs T.Pənahqızının adından yazaraq, facebook hesabına məhdudiyyət qoyulduğunu, proqrama daxil ola bilmədiyini və kömək istədiyini deyib. “Əvvəlcə mənə yazan şəxsin tanınmış aparıcımız olduğuna inandım. Öncə hal-əhval tutdu. Sonra vəziyyəti anlatdı. Dostlardan kömək istədiyini bildirdi. Mənim e-mail ünvanıma sms gələcəyini və həmin mesajdakı kodu ona deməyimi xahiş etdi. Bax, bu məndə şübhə oyatdı”.

Bugün TV

Oxşar xəbərlər

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu