25 C
Baku
27 İyul 2024, 4:19
Sosial

Əlil Qadınlar Cəmiyyəti regionlarda maarifləndirmə aparır

“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində II-Dəyirmi Masa keçirilib.

Tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilib.

Bu barədə Bugun.tv-yə ictimai birliyin sədri Məhluq Rəhimova məlumat verib. “Dəyirmi masanin davamlı olaraq həyata keçirilməsində məqsədimiz dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır”.

Tədbirdə müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparılıb.

M.Rəhimovanın sözlərinə görə, layihənin fəaliyyəti, görülən işlərin nəticələri, birinci dəyirmi masadan sonra həllini tapan problemlər haqqında iştirakçılara geniş məlumat verilib. Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirə edilib. Dövlət qurumlarından ibarət yaradılan Koordinasiya Şurasının müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər dinlənilib.

“Üzvlərin vəzifələri bir daha müzakirə olundu. Dəyirmi masa iştirakçılarına bir daha Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlil qadın və qızların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsi haqqında məlumatlar verildi. Qeyd etmək lazımdır ki, əlilliyi olan qadın və qızlar öz hüquqlarından daha az məlumatlıdırlar. Bu səbəbdən də qarşılaşdıqları problemlərini həll edə bilmirlər. Həyata keçirdiyimiz layihənin mahiyyəti onların həyatında yeniliklərə nail olmaları üçün dəstək proqramıdır. “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin əsas məqsədi yoxsul ailələrdən, o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərlə əliliyi olan qadın və qızların üzləşdiyi problemlərin ictimailəşməsi həyat keçiriləcək. Onların cəmiyyətdə qarşılaşdıqları problemilərin öyrənilib təhlil edilməsi, həlli yollarının tapılması, həll edilməsi, bu kateqoriyadan olan şəxslərin üzləşdiyi subyektiv səbəblərin aradan qaldırılması üçün maarifçi xəttin aparılması ardıcıllıqla təmin edilir. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi layihənin əsas istiqamətlərindəndir”, – “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova əlavə edib .

Qeyd edək ki, sözügedən tədbir Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. Ötən ilin sentyabr ayından başlayan layihə 36 ay müddətində icra olunacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bölgələrdə qar yağıb -faktiki hava

Aynur Camal

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

Aynur Camal

Lisey və gimnaziyalara şagird qəbuluna start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu