Minlərlə insanın cənazəsi, minlərlə insanın yarası, dağıntılar, ah-nalə, göz yaşı, məlum faciənin hüznü ortadadır.
“Çox ağır bir dönəmdən keçirik. Belə bir vəziyyətdə bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə müxtəlif siyasi fikir yürütməyə çalışanlar da var … Məncə də bu gün siyasət zamanı deyil, yardım gözləyən insanlara əl uzatmaq zamanıdır. Sözün bitdiyi yerdəyik. İnsanın yaşayacağı ən çətin durumlardan biri çarəsizlikdir. Allah heç bir bəndəsini öz yurdunda, öz ocağında çarəsizliklə sınamasın.
Qardaş Türkiyədə baş verən fəlakətin, ağrı-acısını ifadə etməyə söz də acizdir. Əzizlərini-doğmalarını itirənlərin kədəri, acısı qarşısında səssiz baş əymək zamanıdır. Faciənin mənəvi, maddi, psixoloji, fiziki çətinliklərinə tab gətirmək üçün can qardaşlarımıza Allahdan səbr, dəyanət diləyirəm. Tanrı dağıntılar, uçqunlar altında imdad gözləyən insanlara güc-qüvvət versin”
Bu sözləri Bugun.tv-ə açıqlamasında əməkdar jurnalist Mətanət Ağamirli açıqlamasında bildirib.