Digər

Tanınmış aparıcı tələbələrlə görüşdü

Əməkdar mədəniyyət işçisi, aparıcı Aygül Qaradağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

Bugun.tv xəbər verir ki, əvvəlcə Jurnalistin nitq mədəniyyəti fənninin müəllimi Xatirə Hüseynova tələbələrə Aygül Qaradağlının yaradıcılığı barədə məlumat verib, onun televiziya və radiodakı fəaliyyətindən, xüsusilə dublyaj sahəsində rolundan danışıb.

Səmimi görüşün təşkilinə görə minnətdarlığını bildirən Aygül Qaradağlı gənclərlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Sözün qüdrəti, insanlar arasında ünsiyyətin önəmi, televiziya aparıcısının iş xüsusiyyətləri, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri barədə ətraflı məlumat verib. Aygül Qaradağlı danışıq texnikasının inkişafına dair praktik məşğələlərdən əyani nümunələr göstərib.

Qonaq atası – Azərbaycanda peşəkar diktorluq məktəbinin banisi Aydın Qaradağlının yaradıcılığından da danışıb.

Görüşdə iştirak edən dekan müavini Samir Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə tədbirlərin gənclərin təhsilində və günyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İlk dəfə təyyarəyə minərək 920 min TL dəyərində ziyan vurdu

Sevinc Sadıqova

Meteorologiyanın 14 əyalət üçün “sarı” mesajı: Güclü yağışa qarşı diqqətli olun

Bugün TV

“İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı etdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu