18 C
Baku
16 Mart 2025, 17:03
Sosial

Əməkhaqqı ödənişi gecikdirilərsə, işçi hara müraciət etməlidir? 

Əməkhaqqı ödənişi gecikdirilərsə və ödəniş olunmadan müəssisə fəaliyyətini dayandırarsa, bu zaman işçilər hara müraciət etməlidir? 

İşçi ilə işəgötürən arasında sıx yaşanan problemlərdən biri də əməkhaqqının gec ödənilməsidir. Qanuna əsasən, işçi işdən çıxarkən almalı olduğu ödənişlər ona tam şəkildə elə həmin gün verilməlidir. Lakin əmək haqqı ödənilmədən müəssisə fəaliyyətini dayandırarsa, bu zaman işçinin bilməli olduğu vacib məqamlar var.

Baş əmək müfəttişi Mehman Abdullayev deyir ki, işəgötürən əmək müqaviləsində müəyyən olunmuş müddətdə işçilərin əmək haqqını ödəməyə borcludur. Əgər işəgötürən tərəfindən əmƏk müqaviləsi ilə müəyyən olunmuş müddətdə əməkhaqqının ödənilməsi gecikdirilirsə və bu fərdi əmək mübahisəsi predmeti deyilsə, hər gecikdiirlmiş günə görə əməkhaqqı 1 faiz əlavə ödənilir. İşəgötürən tərəfdən işçilərin əməkhaqları ödənilmirsə, bu halda dövlət əmək müfəttişliyinə müraciət edə bilər. Həmin işçinin əməkhaqqısı ödənilmirsə və artıq müəssisə ləğv olunubsa, bu halda işçi pozulmuş hüquqlarının bərpası məqəsdi ilə məhkəməyə müraciət edə bilər.

Qanunvericilikdə müəssisə ləğv olunarsa, bu zaman əmək müqaviləsinə xitam verilən işçilərə və işsiz kimi qeydiyyata alınan şəxslərə sığorta ödənişi olunur.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Eldar Əliyev deyir ki, bu hüquqa malik olan şəxsləri 3 kateqoriyaya bölmək mümkündür. İlk növbədə hüquqi şəxslərin və ya dövlət orqanının ləğvi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər. İkinci növbədə ştatların ixtisarı ilə bağlı  əmək münasibətlərinə xitam verilmiş şəxslər. Üçüncü növbədə sonuncu olaraq  isə müddətli əmək müqaviləsinin bitməsi əsası ilə əmək münasibətlərinə xitam verilmiş  şəxslər bu hüquqqa malikdilər. Tək şəxsiyyət vəsiqəsi ilə dost mərkəzləri və Dövlət Məşğulluq Agentliyinin yerliməşğulluq filiallarına  müraciət edə bilərlər. On gün ərzində onlara ya sığorta ödənişinin təyin  olunması və ya təyin  olunmasından imtina barədə rəsmi olaraq məktub ünvanlanır.

Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır, yaxud minimum sığorta ödənişi təyin edilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zamin olduğunuz təqdirdə, hansı hallarla qarşılaşa bilərsiniz?-VƏKİLDƏN AÇIQLAMA

Nigar Məmmədova

Qadınların pensiyasını artırmaq üçün yeni təklif

Nigar Məmmədova

İş xanımı və ya liderliyi bacaran qadın necə davranmalıdır? – EKSPERT RƏYİ

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu