7 C
Baku
17 Fevral 2026, 23:01
Baş xəbərSosial

Ətraf mühiti zibilləyən şəxslər barəsində tədbirlər görüldü

Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.


Ərazinin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu