Dünya

1 milyon dollarlıq kriptovalyutanı mənimsəyən FBI agentinə qarşı cinayət işi açıldı

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) əks-kəşfiyyat bölməsində çalışan xüsusi agent Patrick Yaroç barəsində təxminən 1 milyon dollar dəyərində kriptovalyutanı qanunsuz mənimsədiyini etiraf etdikdən sonra cinayət işi açılıb.

Bugun.tv xəbər verir ki, bu barədə The New York Times məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İttihama görə, Yaroç FBI-ın apardığı istintaq zamanı əldə edilən giriş məlumatlarından istifadə edərək şübhəli şəxsə məxsus hesabdan 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində 10–12 əməliyyat vasitəsilə kriptovalyuta köçürüb.

Məhkəmə sənədlərində bildirilir ki, agent ötən həftə ABŞ Ədliyyə Nazirliyinin əməkdaşına əməlini etiraf edib və vicdan əzabı çəkdiyini deyərək bunu gizlətmək istəmədiyini bildirib. O, mənimsədiyi vəsaitin şəxsi aktivləri ilə qarışdığını, dəqiq məbləği bilmədiyini, lakin 1 milyon dollardan az olduğunu düşündüyünü deyib.

Araşdırma zamanı isə Yaroçun rəqəmsal pul kisəsində təxminən 1 milyon dollar dəyərində kriptovalyuta aşkarlanıb.

FBI sözçüsü hadisədən xəbər tutduqdan sonra agentin dərhal işdən çıxarıldığını və məsələ ilə bağlı geniş araşdırmanın başladıldığını açıqlayıb.

Məhkəmə materiallarında həmçinin qeyd olunur ki, istintaqçılar Yaroçun internet axtarış tarixçəsində ChatGPT-dən 40 yaşına yaxın təqaüdə çıxaraq İtaliya və ya Portuqaliyada sakit həyat qurmaq üçün 1 milyon dolları necə investisiya etməsi barədə məsləhət istədiyini də müəyyən ediblər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Müharibələrdə xəstəxanalar niyə hədəfə çevrilir?

Aynur Camal

4 Avqust – Milli Şokoladlı Peçenye Günü qeyd olunur

Aynur Camal

Britaniya ordusu əsgərləri “Fortnite” tipli virtual dünyalarda hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu