Ağdamda fabrik
Baş xəbərİqtisadiyyat

10 milyon manat investisiya ilə müəssisə tikilir

Bugun.tv-nin əldə etdiyi məlumata görə, Ağdamda 10 milyon manat investisiya ilə müəssisə tikilir. 100-dən çox insan işlə təmin olunacaq.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook hesabında yazıb.

“Daha bir sahibkarlıq subyektinə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da onların ümumi sayı 15-ə çatıb. “BAFCO İnvest” MMC-nin yeni rezidenti 10 milyon manat sərmayə ilə ayaqqabı fabriki yaradacaq” – deyə O vurğulayıb.

Nazir əlavə edib ki, 120 nəfər işlə təmin olunacaq.

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu