27 C
Baku
27 İyul 2024, 3:24
Dünya

100 ilə yaxın itən rəsm satıldı

Qustav Klimtin 100 ilə yaxındır itdiyi güman edilən “Miss Lieserin portreti” tablosu 32 milyon dollara satılıb. Alıcının kimliyi ictimaiyyətlə paylaşılmayıb.

Avstriyanın paytaxtı Vyanada təxminən 100 ildir itdiyi güman edilən avstriyalı modernist rəssam Qustav Klimtin “Miss Lieserin portreti” adlı əsəri Vyanada yerləşən im Kinsky Hərrac Evində hərraca çıxarılıb.

Qiyməti 32-53 milyon dollar arasında seçildikdən sonra rəsm 32 milyon dollara alıcı tapdı. Alıcının kimliyi ictimaiyyətlə paylaşılmayıb. Portretin o dövrdə Vyana cəmiyyətində yüksək statusa malik olan ailənin qızlarından birinə aid olduğu təxmin edilir.

  Rəsmin 1918-1925-ci illər arasında Lizer ailəsinə hədiyyə edildiyi güman edilir. Bildirilib ki, Klimt sözügedən tablonu çəkməyə ölümündən bir il əvvəl 1917-ci ildə başlayıb. Rəsmin 1960-cı illərdə malgöndərənin qanuni sələfi tərəfindən alındığını və üç ardıcıl miras yolu ilə indiki sahibinə keçdiyini bildirən İm Kinski, rəsmin yalnız bir dəfə 1926-cı ildə sərgiləndiyini və o vaxtdan bəri ictimai yerdə sərgilənmədiyini bildirib. Rəsm Almaniyada nasist dövründə ələ keçirilən sənət əsərləri ilə bağlı davam edən identifikasiya və geri qaytarma məsələlərini həll etmək üçün yaradılmış Vaşinqton Prinsiplərinə uyğun olaraq hazırkı sahibləri adından satışa təqdim edilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Hyundai Motor Rusiyanı tərk etdi

Aynur Camal

Maradonanın kuboku satışa çıxarılıb: 5 milyon dollar gözlənilir

Aynur Camal

Yaponiyada qızılın satış qiyməti rekord həddə çatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu