26 C
Baku
10 Oktyabr 2024, 14:58
Mədəniyyət

“100 ilin imzası” kitabının təqdimatı oldu

Bugun.tv xəbər verir ki, Yasamal rayon Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “100 ilin İMZASI” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən
“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətini vurğulayıb və Ümummilli Liderin Azərbaycanda hakimiyyətə qayıtması ilə başlayan inkişafdan və Ulu Öndərə həsr etdiyi “100- ilin İmzası” adlı kitabdan danışıb.

“Bildiyimiz kimi, 2023-cü il Ulu öndərin ilidir və hərkəs çalışdığı sahə üzrə, öz əməli ilə töhvə verməyə çalışır. Mən də bir qələm adamı olaraq, “100 ilin imzası” adlı kitabı ərisəyə gətirdim. Kitabda H.Əliyevlə zamanında bir yerdə çalışan insanların, onunla bağlı xatirələri olan ziyalılarımız, akademiklərimiz, müxtəlif sahələrin peşakarlarının müsahibələri yer alıb. Eyni zamanda özümün yazdığı şeirlər, yazılar da var”.

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə öncə, Ulu öndərin abidəsi ziyarət olunub. Ruhu 1 dəqiqəlii sükutla yad edilib.

Çıxış edən G.Behbud Ulu öndərə olan sevgsindən, onun ölkəmiz üçün gördüyü işlərdən, bütün sahələrə göstərdiyi qayğıdan söz açıb. Müstəqil və Müasir Azərbaycanın qurucusunun fədakarlıqlarından danışıb.

Təqdimat mərasimində iştirak edən zialılar, ictima-siyasi xadimlər, incəsənət adamları da Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

“Ulu öndər haqqında çox danışmaq olar. Bu dünyada hər kəsin bir missiyası var. Ulu öndərimiz də Azərbaycan tarixinin imzasıdır. Dünənin də, bu günün də, sabahın da imzasıdır. Nə qədər Azərbaycan xalqı, tarixi var, onun imzası da hər zaman qürurla, şərəflə dillərdə gəzəcək. Bizdən sonra gələn nəsillər də kitablar, şeirlər yazacaq. Mən hər zaman deyirəm ki, Atatürk Türkiyə üçün kimdirsə, Heydər Əliyev də Azərbaycan üçün odur”,- yazıçı G.Behbudova vurğulayıb.

Kitabda dünyaca məşhur şəxsiyyətlərin, prezidentlərin Milli lider haqqında fikirləri, sitatları da yer alıb.

Qeyd edək ki, “100 ilin imzası” müəllifin sayca 8-ci kitabıdır.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“BAKI TÜRK FİLMLƏRİ HƏFTƏSİ” BAŞLADI

Nigar Məmmədova

Qızıl Aypara Həftəsində Türkiyənin simvolik strukturları qırmızıya çevrildi

İntizar Əmirova

Səs rejissoru özünü asdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu