Digər

100 yaşa qədər yaşamaq istəyənlər üçün “nənə qaydası” açıqlanıb

Uzunömürlülük üzrə mütəxəssis Dan Buettner sağlam və uzun ömür sürmək istəyənlər üçün “nənə qaydası” adlandırılan sadə, lakin təsirli qida seçimi prinsipini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, alış-veriş zamanı mümkün qədər sadə və təbii qidalar seçmək vacibdir. O, insanların uzunömürlü olmaq üçün tərkibi uzun və mürəkkəb olan məhsullardan uzaq durmalı olduğunu bildirib. Bu yanaşma əsasən tərəvəzlər, paxlalılar, taxıllar və qoz-fındıq kimi ənənəvi qidalara üstünlük verilməsini nəzərdə tutur.

“Əgər nənəniz həmin məhsulu qida kimi tanımazdısa, onu rəfdə saxlayın” deyə Buettner vurğulayıb. Onun fikrincə, bu prinsip insanları ultra emal olunmuş məhsullardan uzaqlaşdıraraq daha sağlam seçimlər etməyə yönəldir.

Ekspert qeyd edib ki, bu cür qidalar adətən artıq duz, şəkər və zərərli yağlar ehtiva edir. Halbuki, təbii və sadə qidaların müntəzəm istehlakı bağırsaq sağlamlığını qoruyur və xroniki xəstəliklərin yaranma riskini azaldır.

Araşdırmalar göstərir ki, məhz sadə və ənənəvi qidalanma vərdişləri uzunömürlülüyün əsas faktorlarından biridir. Mütəxəssis hesab edir ki, gündəlik həyat tərzində edilən kiçik dəyişikliklər belə ümumi sağlamlığa ciddi müsbət təsir göstərə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

Aynur Camal

“Bilirdinizmi?” – İnsan beyni gecələr daha aktiv işləyir

Aynur Camal

BƏƏ-nin Şarika şəhərində güclü yağışlar selə səbəb oldu: avtomobillər su altında qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu