30 C
Baku
19 İyul 2024, 12:52
Baş xəbərSosial

1000 nəfərə yaxın namizəd direktor olmaq üçün müraciət etdi

Bugun.tv xəbər verir ki, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Elektron qeydiyyat prosesində indiyədək 1000 nəfərə yaxın namizəd iştirak edib.

Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən qeydiyyat prosesi mayın 17-dək davam edəcək.

Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə əlaqəli qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinə başlanılıb və işə qəbul üçün 1476 nəfər müraciət edib. Test imtahanında 601 nəfər uğur qazanıb.

Mayın sonundan etibarən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrə başlanılacaq.

Ötən ildən etibarən şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu isə test və müsahibə yolu ilə həyata keçirilir.

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını oldu

Bugün TV

Hərbi batalyon yataqxanasında yanğın baş verdi

Bugün TV

Prezident Gürcüstanın müdafiə nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu