DünyaKriminal

1100 fələstinli həyatını itirdi

Bugun.tv xəbər verir ki, İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 1100-ə yüksəlib. İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 171-i qadın, 326-sı uşaq olmaqla 1100 nəfərin həyatını itirdiyi, 744-ü qadın, 1217-si uşaq olmaqla 5339 nəfərin yaralandığı qeyd edilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumlarında Qəzzada 1055 nəfərin öldüyünü, 5 min 184 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumları nəticəsində 24 nəfərin həyatını itirdiyi, təxminən 130 nəfərin isə yaralandığı bildirilib. Bundan əlavə, işğal altındakı Şərqi Qüdsün Silvan qəsəbəsində baş verən hadisələr zamanı İsrail polisi 2 fələstinlini qətlə yetirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İran və Rusiya idmançılar, iş adamları və yük maşını sürücüləri üçün viza qaydalarını asanlaşdırır

Aynur Camal

Uşağın məktəb rejiminə uyğunlaşmasına necə kömək etməli?

Aynur Camal

Çimərlikdə ildırım vurması nəticəsində ölüm halı yaşandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu