5 C
Baku
30 Yanvar 2026, 1:38
Baş xəbərDünya

115 məhbus üçün amnistiya elan edildi

Nigeriyanın Yobe əyalətində 100-dən çox məhbus haqqında əfv qərarı çıxarılıb.

Bugun.tv xəbər verir ki, əyalətin qubernatorluğundan bildirilib ki, yeni seçilmiş prezident sabah vəzifəyə başlayacağı üçün ştatın müxtəlif həbsxanalarında olan 115 məhbus üçün amnistiya elan edilib.

Sənəddə haqqında əfv çıxarılan şəxslərin “valinin xeyirxahlığından razı qalan və keçmiş səhvlərini düzəltmək üçün azadlığından istifadə edəcəyinə söz verənlərdən” ibarət olduğu bildirilib.

Hökumətin məhbusların reabilitasiyasını asanlaşdıracaq tədbirlərə inandığını qeyd edən bəyanatda varlı şəxsləri bir çox həbs cəzasının çəkilməsi ilə nəticələnən “kiçik cərimələrin” ləğvinə yardım etməyə çağırıb.

Qeyd edək ki, Nigeriyada fevralın 25-26-da keçirilən seçkilərdə qalib gələn hakim Bütün Tərəqqiçilər Konqresindən (APC) Tinubu mayın 29-da vəzifəsinin icrasına başlayacaq.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

500 000-ə yaxın qanunsuz miqranta hüquqi status verəcək

Aynur Camal

ABŞ İranla gərginlik fonunda əlavə hərbi gəmi göndərdi

Aynur Camal

Liflə zəngin, amma az qiymətləndirilən meyvə açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu