1 C
Baku
14 Yanvar 2025, 4:25
Baş xəbərDünya

115 məhbus üçün amnistiya elan edildi

Nigeriyanın Yobe əyalətində 100-dən çox məhbus haqqında əfv qərarı çıxarılıb.

Bugun.tv xəbər verir ki, əyalətin qubernatorluğundan bildirilib ki, yeni seçilmiş prezident sabah vəzifəyə başlayacağı üçün ştatın müxtəlif həbsxanalarında olan 115 məhbus üçün amnistiya elan edilib.

Sənəddə haqqında əfv çıxarılan şəxslərin “valinin xeyirxahlığından razı qalan və keçmiş səhvlərini düzəltmək üçün azadlığından istifadə edəcəyinə söz verənlərdən” ibarət olduğu bildirilib.

Hökumətin məhbusların reabilitasiyasını asanlaşdıracaq tədbirlərə inandığını qeyd edən bəyanatda varlı şəxsləri bir çox həbs cəzasının çəkilməsi ilə nəticələnən “kiçik cərimələrin” ləğvinə yardım etməyə çağırıb.

Qeyd edək ki, Nigeriyada fevralın 25-26-da keçirilən seçkilərdə qalib gələn hakim Bütün Tərəqqiçilər Konqresindən (APC) Tinubu mayın 29-da vəzifəsinin icrasına başlayacaq.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

İÇAN / DJB.Az ANKARADA “İLİN 2023 ALİMİ MÜKAFAT MƏRASİMİ” KEÇİRİLİB

Bugün TV

Sanitariya-gigiyena hallarını pozanlar tənbeh olundu

Bugün TV

Moskvada terror aktı ilə bağlı İstanbulda iddia!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu