Baş xəbərMaraqlı faktlar

“Yay fəslinin rəsmən başlaması “Çiyələkli Ay”la müşayiət olundu”

“İyunun 10-da, gecə, yay fəslinin rəsmən başlaması “Çiyələkli Ay”la müşayiət olunub. Dünyanın müxtəlif regionlarında onu müşahidə ediblər.

“Çiyələkli Ay” təbiətin nadir hadisəsidir. Onun adının tarixi hindu qəbilələri ilə bağlıdır. Yaz yerini yay ayına verəndə hindularda ənənəvi olaraq çiyələk yığımı başlayırdı. Ona görə də məhz həmin dövrdə görünmüş Ayı çiyələkli adlandırdılar”.

Bugun.tv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Arzu Qazıyeva öz sosial media hesabında paylaşıb.

Məlumatda həmçinin qeyd olunur ki, bu adın Ayın rəngi ilə birbaşa aidiyyatı yoxdur. Ay heç zaman rəngini dəyişmir. Günəşin şüaları Yerin peykini müəyyən qədər işıqlandırarsa qırmızı rəng ala bilər. Görünür, hidular çiyələk yığarkən Ay Günəşin şüaları altında qırmızı rəng aldığından qəbilələr də Aya çiyələkli adını veriblər.

“Çiyələkli Ay” 18 ildə ən yüksək nöqtədə peyda olub. Onun sonuncu mərhələsi iyunun 18-də başlayacaq.

Mütəxəssislər deyirlər ki, Ayda on milyonlarla kq nadir metal süxurları, o cümlədən platin var. Metalların ümumi həcmini 1 trilyon dollar dəyərində qiymətləndirirlər.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

Xoşagəlməz insanlarla ünsiyyət qocalmanı sürətləndirə bilər

Aynur Camal

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu