31 C
Baku
24 Sentyabr 2026, 16:06
Baş xəbərHadisə

12 ev yandı – FOTOLAR

Bugun.tv xəbər verir ki, Ərzurumun Pazaryolu məhəlləsində bir evdə baş verən yanğın qonşu evlərə də keçib. 12 ev yararsız hala düşüb. Hadisə Köseyolu məhəlləsində bitişik evlərin yerləşdiyi ərazidə naməlum səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə bölgəyə xilasedicilər, jandarma, bağışlayan və sağlamlıq qrupları cəlb edilib.Yanğın qrupların və vətəndaşların əməyi ilə söndürülüb. Pazaryolu rayon valisi Mustafa Berk Çelik yanğının səbəbinin hələ müəyyən edilmədiyini bildirib.

Yanğından zərər çəkən vətəndaşların sözlərinə görə, mal-qara tələfatı var. Beləki, tövlələr binaların altında olduğundan onlar da yanıb.

İlk andan 6 yanğınsöndürən, 2 su çiləyici və 2 tanker yanğına müdaxilə etməyə başlayıb. Bina ilə yanaşı tövlələr də söndürülüb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Evdə keçirilən məclisə silahlı hücum: 11 ölü

Aynur Camal

Güclü tayfun yaxınlaşır: daşqın və sürüşmə təhlükəsi artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu